...

Cəzaçəkmə müəssisəsində məhkumdan üç mobil telefon götürülüb

Hadisə Materials 4 Mart 2014 14:11 (UTC +04:00)
3 saylı istintaq təcridxanasında və 8 saylı cəzaçəkmə müəssisəsində qadağan olunmuş əşyalar aşkar edilərək götürülüb.
Cəzaçəkmə müəssisəsində məhkumdan üç mobil telefon götürülüb

Azərbaycan, Bakı, 4 mart /Trend/

3 saylı istintaq təcridxanasında və 8 saylı cəzaçəkmə müəssisəsində qadağan olunmuş əşyalar aşkar edilərək götürülüb.

Trend Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 8 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1; 234.1; 326.2; 66.3 maddələri ilə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Sabir Anatolyeviç Babayevin saxlandığı kameraya və üzərinə baxış keçirilərkən, kameranın döşəməsində düzəldilmiş gizli saxlanc yerindən daxilində "Sim" danışıq kartı olan 1 (bir) ədəd "Sony-Xperia" markalı mobil telefon aparatı, daxilində "GoodLine" GSM operatorunun danışıq kartı olan 1 (bir) ədəd "HTC" markalı mobil telefon aparatı, daxilində yaddaş kartı olan 1 (bir) ədəd "Samsunq S-Duos" markalı mobil telefon aparatı və 2 (iki) ədəd elektrik qidalandırıcısı aşkar edilərək götürülüb.

Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı istintaq təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Ceyhun Məzahir oğlu Əhədzadənin saxlandığı kameraya və üzərinə baxış keçirilərkən, əl-üz yuyanın altında düzəldilmiş gizli saxlanc yerindən 1 (bir) ədəd "Nokia" markalı mobil telefon aparatı və 1 (bir) ədəd "Nar" danışıq kartı aşkar edilərək götürülüb.

Hər iki fakt üzrə araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti