...

Azərbaycandakı zəlzələ İranda da hiss olunub

Hadisə Materials 15 Mart 2014 09:16 (UTC +04:00)
Şənbə günü Azərbaycanın cənub bölgəsində baş verən zəlzələ İranın Ərdəbil əyalətinin bir neçə şəhərində o cümlədən Ərdəbil şəhərində hiss olunub.
Azərbaycandakı zəlzələ İranda da hiss olunub

Azərbaycan, Bakı, 15 mart / Trend, müxbir T.Cəfərov /

Şənbə günü Azərbaycanın cənub bölgəsində baş verən zəlzələ İranın Ərdəbil əyalətinin bir neçə şəhərində o cümlədən Ərdəbil şəhərində hiss olunub. Bu barədə Trend İRNA informasiya agentliyinə istinadən məlumat verir.

Məlumata əsasən, zəlzələnin gücü 4.3 bal olub.

Tələfat və dağıntılar barədə məlumat daxil olmayıb.

Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyası yanında Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən məlumata görə, bu gün yerli vaxtla saat 06:21-də Lənkərandan 22 km şimal-qərbdə, Masallıda 24 km dərinlikdə zəlzələ qeydə alınıb.

4,2 maqnitudalı zəlzələ yaxın yaşayış məntəqələrində 3-4 bal gücündə hiss olunub.

Qeyd edək ki, bu gün həmçinin Xəzər dənizində zəlzələ olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti