Azərbaycan, Bakı, 27 mart /Trend, müxbir R.Hafizoğlu/
Türkiyədə terror aktı təhlükəsi səbəbindən Boğaziçi körpüsündə hərəkət müvəqqəti dayandırılıb.
Trend-in "Milliyyət" qəzetinə istinadən verdiyi məlumata görə, bu gün naməlum şəxs İstanbul polisinə zəng vuraraq körpünün səkisində partlayıcı qurğuya bənzəyən şübhəli bağlamanın olduğunu bildirib.
Bundan sonra polis körpüdə hərəkəti dayandırıb.
Məlumata görə, polis şübhəli bağlamanı götürüb və körpüdə hərəkət bərpa edilib.