Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbir R.Hafizoğlu/
Ötən gecə Türkiyənin Şanlıurfa vilayətində naməlum şəxslər hakim Ədalət və İnkişaf Partiyasının binasına hücum ediblər. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü "Anadolu" agentliyi xəbər yayıb.
Naməlum şəxslər binaya içərisində alışdırıcı maddə olan şüşə qablar atıblar. Nəticədə alovlanma baş verib.
Faktla bağlı cinayət işi açılıb.
Hadisənin digər təfərrüatları haqqında məlumat verilmir.