...

Bakıda yaşayış binasının damında qəza vəziyyəti yaranıb

Hadisə Materials 6 Aprel 2014 13:39 (UTC +04:00)
Bakıda yaşayış binasının damında qəza vəziyyəti yaranıb.
Bakıda yaşayış binasının damında qəza vəziyyəti yaranıb

Azərbaycan, Bakı, 6 aprel /Trend/

Bakıda yaşayış binasının damında qəza vəziyyəti yaranıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Suraxanı rayonunda yaşayış binasının damında su çəni asılı vəziyyətdə qalıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, doqquzmərtəbəli yaşayış binasının damında quraşdırılmış su çəni bərkidilmiş hissədən qoparaq borulardan asılı vəziyyətdə qalıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə asılı vəziyyətdə qalmış su çənini yerə endirib və yaranan təhlükəni aradan qaldırıblar.

Xəbər lenti

Xəbər lenti