...

Bakıda iki avtomobil toqquşub: ölən və xəsarət alan var

Hadisə Materials 7 Aprel 2014 10:34 (UTC +04:00)
Ötən gecə Bakıda baş verən yol qəzası nəticəsində 1 nəfər ölüb, 1 nəfər xəsarət alıb.
Bakıda iki avtomobil toqquşub: ölən və xəsarət alan var

Azərbaycan, Bakı, 7 aprel /Trend, müxbir İ.İzzət/

Ötən gecə Bakıda baş verən yol qəzası nəticəsində 1 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aprelin 6-sı saat 00:20 radələrində, Nəsimi rayonu Azadlıq prospekti ilə Vaqif küçəsinin kəsişməsində Bakı şəhər sakinləri 1989-cu il təvəllüdlü Aydın Əsgərovun idarə etdiyi "Mercedes" markalı və 1978-ci il təvəllüdlü Oktay İsmayılzadənin idarə etdiyi "Pejo" markalı avtomobillər toqquşub.

Nəticədə, O.İsmayılzadənin avtomobili idarə etməni itirərək yolun kənarında hərəkətdə olan piyada - 1993-cü il təvəllüdlü Tahir Dibirovu vurub. O və O.İsmayılzadənin sərnişini - 1993-cü il təvəllüdlü Kənan Həsənli xəsarətlə Kliniki Tibbi Mərkəzə daxil olublar. Sərnişin K.Həsənli aldığı xəsarətdən xəstəxanada ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma; eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti