...

Iranın Hörmuzqan əyalətində zəlzələ baş verib

Hadisə Materials 13 Aprel 2014 09:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 aprel /Trend müxbir T.Cəfərov/

İranın Hörmuzqan əyalətinin Parsiyan şəhərində Rixter cədvəli üzrə 4 bal gücündə zəlzələ baş verib. Trend-in məlumatına görə, bu barəd Mehr agentliyi məlumat verir.

Məlumata əsasən, zəlzələ bu gün yerli vaxtla saat 02:39 radələrində baş verib. Hələlik dağıntılar və xəsarət alanlar barədə məlumat yoxdur.

Qeyd edək ki, ötən axşam da Parsiyan şəhərində Rixter cədvəli üzrə 3,5 bal gücündə zəlzələ baş vermişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti