...

İranın Miyana şəhərində sel 2 nəfərin ölümünə səbəb olub

Hadisə Materials 23 Aprel 2014 10:40 (UTC +04:00)
İranın Şərqi Azərbacyan əyalətinin Miyana şəhərində baş vermiş sel və daşqın iki nəfərin ölümünə səbəb olub.
İranın Miyana şəhərində sel 2 nəfərin ölümünə səbəb olub

Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir T.Cəfərov/

İranın Şərqi Azərbacyan əyalətinin Miyana şəhərində baş vermiş sel və daşqın iki nəfərin ölümünə səbəb olub.

Trend İran televiziyasının rəsmi xəbər saytına iribnews-a istinadən məlumatına görə, güclü yağış və sel Tehran-Miyana dəmir yolunun su altında qalmasına səbəb olub. Bəzi kəndlərdə 200-dən çox evi su basıb, 300 baş qoyun tələf olub.

Güclü yağış nəticəsində Miyana- Zəncan maqistral yolunda dağ uçqunu olub və sel nəticəsində Miyana - Miyandüab maqistral yolu palçıq toplanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti