...

Türkiyə təyyarəsində həyəcan yaşanıb

Hadisə Materials 1 May 2014 17:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 may /Trend, müxbir R.Hafizoğlu/

Nikosiya-Ankara aviareysində sərnişin təyyarəni partladacağı ilə hədələyərək İstanbulda yerə enməyi tələb edib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı "Hurriyet Daily News" qəzeti xəbər yayıb.

Qəzetin yazdığına görə, cinayətkar saxlanılıb. Məlumata görə, insident "Anadolu Jet" aviaşirkətinə məxsus təyyarə saat 06:45-də Nikosiyadan (Kipr) Türkiyə paytaxtına uçarkən baş verib.

Sərnişin tualetə girib arxadan qapını bağlayaraq təyyarənin istiqamətini İstanbula dəyişmədiyi halda onu partladacağı ilə hədələyib. Qəzet cinayətkarın 1 May nümayişində iştirak etmək istədiyini xəbər verib.

Təyyarə Ankarada sağ-salamat yerə endikdən sonra polis canini həbs edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti