Azərbaycan, Bakı, 10 may /Trend, müxbir İ.İzzət/
9 May - faşizm üzərində Qələbə Günü Azərbaycan yollarında 5 nəfər ölüb, 6 nəfər xəsarət alıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mayın 9-da respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib. Baş vermiş qəzalar nəticəsində 5 nəfər ölüb, 6 nəfər yaralanıb.
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 46 cinayət faktı qeydə alınıb, onların da 28-i "isti izlər"lə açılıb.
Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 6 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4 fakt müəyyən edilib.
Cinayət törətdiklərinə görə 22 nəfər tutulub.