...

Moskva vilayətində qatarların toqquşması nəticəsində 5 nəfər ölüb, 45-i xəsarət alıb

Hadisə Materials 20 May 2014 16:01 (UTC +04:00)
Moskva vilayətində qatarların toqquşması zamanı beş nəfər həlak olub, 45-i xəsarət alıb.
Moskva vilayətində qatarların toqquşması nəticəsində 5 nəfər ölüb, 45-i xəsarət alıb

Azərbaycan, Bakı, 20 may /Trend/

Moskva vilayətində qatarların toqquşması zamanı beş nəfər həlak olub, 45-i xəsarət alıb. Trend-in məlumatına görə, bu barədə RİA Novosti bədbəxt hadisə yerindəki operativ qərargahın nümayəndəsinə istinadən xəbər yayıb.

Toqquşma Naro-Fominsk və Bekasovo arasındakı dəmiryol mənzilində baş verib. Yük qatarı relsdən çıxaraq Moskva-Kişinyov sərnişin qatarı ilə toqquşub.

Agentliyə bildiriblər ki, ümumilikdə 50 nəfər xəsarət alıb, onlardan beşi ölüb. Yaralılardan on beşinin vəziyyəti ağırdır.

Qəzanın nəticələrinin aradan qaldırılmasına təxminən 250 nəfər və 35 ədəd texnika, o cümlədən aviasiya cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti