...

Türkiyə HDQ-nin Egey dənizində təlimləri zamanı insident baş verib

Hadisə Materials 23 May 2014 12:05 (UTC +04:00)
Türkiyə Hərbi Dəniz Qüvvələrinin Egey dənizində keçirdiyi "Bəyaz Fırtına-2014" təlimləri zamanı Yunanıstanın Sərhəd Mühafizə Xidmətinin katerləri ilə insident baş verib.
Türkiyə HDQ-nin Egey dənizində təlimləri zamanı insident baş verib

Azərbaycan, Bakı, 23 may /Trend, müxbir R.Hafizoğlu/

Türkiyə Hərbi Dəniz Qüvvələrinin Egey dənizində keçirdiyi "Bəyaz Fırtına-2014" təlimləri zamanı Yunanıstanın Sərhəd Mühafizə Xidmətinin katerləri ilə insident baş verib. Trend-in məlumatına görə, bu barədə cümə günü "Hürriyyət" qəzeti xəbər yayıb.

Yunanıstanın Kos adasının (Türkiyə yaxınlığında yerləşən ada) Sərhəd Mühafizə Xidmətinin bir neçə kateri Türkiyə hərbi gəmilərinə çox yaxın məsafədə yaxınlaşıblar ki, bu da onların manevr etmələrinə mane olub.

Buna cavab olaraq Türkiyənin patrul kateri Yunanıstanın Sərhəd Mühafizə Xidmətinin katerlərinə yaxınlaşıb. Nəticədə onlar Kos adasına tərəf çəkilməyə məcbur olublar.

Mayın 22-də Türkiyə Hərbi Dəniz Qüvvələrinin (HDQ) Egey dənizində təlimi başlayıb.

Təlimlərdə 53 gəmi, 4 patrul təyyarəsi və 13 hərbi-dəniz aviasiyası helikopteri, Sahil Mühafizə Xidmətinin 17 patrul kateri iştirak edir.

Təlim iyunun 1-də başa çatacaq.

Türkiyə HDQ 1920-ci ildə yaradılıb. Hazırda HDQ-də 48 600 nəfər xidmət edir. Türkiyə HDQ-nin tərkibinə 215 gəmi və 41 dəniz aviasiyası təyyarəsi daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti