Azərbaycan, Bakı, 28 may /Trend, müxbir İ.İzzət/
Ötən gün Azərbaycanda elektrik cərəyanı vurması nəticəsində 3 nəfər ölüb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mayın 27-də Ağstafa rayonu H.Aslanov qəsəbə sakini Fərzalı Babayev elektrik cərəyanı vurması nəticəsində xəstəxanaya gətirilib və orada ölüb. Bundan əlavə Bakının Nərimanov rayon sakini Ayşən Abdullayeva və Sabirabad rayonu Azadkənd kənd sakini Tamerlan Əliyev də elektrik cərəyanı vurması nəticəsində ölüblər.