Azərbaycan, Bakı, 2 iyun /Trend, müxbir İ.İzzət/
Şamaxı şəhər sakinindən tapança və vasitələri götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Abşeron rayon Polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq etdiyinə görə tutulmuş R.Cəfərovun anası - Şamaxı şəhər sakini Xatın Əliyevadan 1 ədəd "Makarov" markalı tapança, 1 ədəd patron sandığı və 3 ədəd patron götürülüb.
Faktla bağlı istintaq-əməliyyat tədbiləri davam etdirilir.