...

Ananın Bakıda məhkum qızına "telefon sovqatı" ötürməsinin qarşısı alınıb

Hadisə Materials 4 İyun 2014 14:16 (UTC +04:00)
Bakıda qadınların saxlanıldığı 4 saylı cəzaçəkmə müəssisəsinə mobil telefon aparatı keçirilməsi cəhdinin qarşısı alınıb.
Ananın Bakıda məhkum qızına "telefon sovqatı" ötürməsinin qarşısı alınıb

Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbir İ.İzzət/

Bakıda qadınların saxlanıldığı 4 saylı cəzaçəkmə müəssisəsinə mobil telefon aparatı keçirilməsi cəhdinin qarşısı alınıb.

Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 4 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Elnurə Qərib qızı Hümbətəlizadənin yanına qısamüddətli görüşə gəlmiş anası Lida Əsəd qızı Əsədovanın üzərinə və gətirdiyi sovqata baxış keçirilib. Baxış zamanı ona məxsus qara rəngli əl çantasının içərisində 1 ədəd "Fly" markalı mobil telefon aparatı və 1 ədəd " Cin" danışıq kartı aşkar edilərək götürülüb.

Qeyd edək ki, Elnurə Hümbətəlizadə Cinayət Məcəlləsinin 178.3.2 maddəsinə əsasən azadlıqdan məhrum edilib.

Fakt üzrə araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti