...

Mingəçevirdə 5 gün əvvəl qətl törətmiş şəxs tutulub

Hadisə Materials 7 İyun 2014 12:50 (UTC +04:00)
Mingəçevir şəhər sakinini 5 gün əvvəl bıçaqla qətlə yetirmiş şəxs tutulub.
Mingəçevirdə 5 gün əvvəl qətl törətmiş şəxs tutulub

Azərbaycan, Bakı, 7 iyun /Trend, müxbir İ.İzzət/

Mingəçevir şəhər sakinini 5 gün əvvəl bıçaqla qətlə yetirmiş şəxs tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyunun 2-də Mingəçevir şəhərində şəhər sakini Tural Quliyevin bıçaqla qətlə yetirilmiş meyiti yaşadığı mənzildə tapılmışdı.

Baş Cinayət-Axtarış İdarəsi, Mingəçevir Şəhər Polis Şöbəsi və şəhər Prokurorluğu əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətmiş Hacıqabul şəhər sakini Bəhram Dadaşov iyunun 6-da tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti