...

Lənkəranda “Hyundai” qaz turbasına çırpılıb, xasarət alan var

Hadisə Materials 9 İyun 2014 23:48 (UTC +04:00)
Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Lənkəran rayonu, Siyavar kəndində “Hyundai” markalı minik avtomobili yol kənarındakı qaz turbasına çırpılıb.
Lənkəranda “Hyundai” qaz turbasına çırpılıb, xasarət alan var

Azərbaycan, Bakı, 9 iyun /Trend /

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Lənkəran rayonu, Siyavar kəndində "Hyundai" markalı minik avtomobili yol kənarındakı qaz turbasına çırpılıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, "Hyundai" markalı minik avtomobilinin sürücüsü xəsarət almış və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmışdır.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralını avtomobildən çıxarmış və hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil veriblər.

Həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər.

Xəbər lenti

Xəbər lenti