Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir T.Cəfərov/
Bu gün səhər İranın Kirman əyalətinin Faryab şəhərində Rixter cədvəli üzrə 4,1 bal gücündə zəlzələ baş verib. Bu barədə Trend İran televiziyasının rəsmi xəbər saytı iribnews-a istinadən məlumat verir.
Tehran Universiteti Geofizika İnstitutunun Seysmik Mərkəzinin məlumatına görə, zəlzələ yerli vaxtla saat 10:36-da baş verib.
Tələfat və dağıntılar barədə məlumat verilmir.