...

Bakıda saxlanılan şəxsdən yarım kiloya yaxın marixuana götürülüb

Hadisə Materials 12 İyun 2014 10:43 (UTC +04:00)
Bakıda saxlanılan şəxsin üstündən yarım kiloya yaxın marixuana aşkar edilib.
Bakıda saxlanılan şəxsdən yarım kiloya yaxın marixuana götürülüb

Azərbaycan, Bakı, 12 iyun /Trend, müxbir İ.İzzət/

Bakıda saxlanılan şəxsin üstündən yarım kiloya yaxın marixuana aşkar edilib.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsi Narkotiklərlə Mübarizə Bölməsi və Post Patrul Xidməti Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, 1983-cu il təvəllüdlü Elşad Babayev saxlanlıb. Saxlanlan zaman onun üzərindən 420 qram marixuana götürülüb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti