...

Saatlı sakininin evindən qumbara tapılıb

Hadisə Materials 18 İyun 2014 12:48 (UTC +04:00)
Saatlı rayonu sakininin evinə baxış zamanı “F-1” qumbarası və 1 ədəd bıçaq aşkar edilərək götürülüb.
Saatlı sakininin evindən qumbara tapılıb

Azərbaycan, Bakı, 18 iyun /Trend, İlkin İzzət/

Saatlı rayonu sakininin evinə baxış zamanı "F-1" qumbarası və 1 ədəd bıçaq aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Heydərabad kənd sakini Samid Nəcəfovun evinə baxış keçirilib. Baxış zamanı evdən "F-1" qumbarası və 1 ədəd bıçaq aşkar edilərək götürülüb.

Faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti