...

“Mercedes” ağaca çırpılıb, nəticədə 1 nəfər xəsarət alıb

Hadisə Materials 22 İyun 2014 09:02 (UTC +04:00)
“Mercedes” ağaca çırpılıb, nəticədə 1 nəfər xəsarət alıb.
“Mercedes” ağaca çırpılıb, nəticədə 1 nəfər xəsarət alıb

Azərbaycan, Bakı, 22 iyun /Trend/

"Mercedes" ağaca çırpılıb, nəticədə 1 nəfər xəsarət alıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Qusar rayonu, Hil kəndində (rayon mərkəzindən14 km aralı) "Mercedes" markalı minik avtomobili ağaca çırpılması nəticəsində yol-nəqliyyat qəza hadisəsi baş verib.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunublar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1 nəfər sərnişin xəsarət alıb və nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.

Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə sərnişini avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti