...

Bakıda intihar etmək istəyən şəxsi fikrindən daşındırıblar

Hadisə Materials 23 İyun 2014 09:56 (UTC +04:00)
Bakıda bir şəxsin intihar cəhdinin qarşısını alınıb.
Bakıda intihar etmək istəyən şəxsi fikrindən daşındırıblar

Azərbaycan, Bakı, 23 iyun /Trend, müxbir İlkin İzzət/

Bakıda bir şəxsin intihar etmək cəhdinin qarşısını alınıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, FHN-in "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda 1 nəfər intihar məqsədilə tikilməkdə olan on altı mərtəbəli binanın damına çıxıb.

Dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Xilasedicilər tərəfindən vətəndaşla aparılmış psixoloji söhbət nəticəsində intihara cəhdin qarşısı alınıb.

İntihara cəhd edən şəxs aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 01:17-də başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti