...

Azərbaycanda dəmir yolu stansiyasında yanğın baş verib

Hadisə Materials 24 İyun 2014 13:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 iyun /Trend/

Azərbaycanda dəmir yolu stansiyasında yanğın baş verib, qatarların hərəkətində fasilə yaranıb.

Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Atbulaq Dəmir Yolu Stansiyasının inzibati binasında yanğın baş verib.

Nəticədə bütövlükdə yanar konstruksiyalar və oradakı əşyalar yanıb, qatarların hərəkəti 1 saat 10 dəqiqə müddətində dayanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti