...

Balakən sakini qoruduğu göldə boğularaq ölüb

Hadisə Materials 27 İyun 2014 10:14 (UTC +04:00)
Trend Kanal S-ə istinadən xəbər verir ki, Balakən Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə rayonun Katex kəndinə məxsus inzibati ərazidə, balıq yetişdirilməsi üçün yaradılmış süni göldə baş verib.
Balakən sakini qoruduğu göldə boğularaq ölüb

Azərbaycan, Bakı, 27 iyun /Trend/

Balakən rayonu ərazisində suda boğulma faktı qeydə alınıb.

Trend Kanal S-ə istinadən xəbər verir ki, Balakən Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə rayonun Katex kəndinə məxsus inzibati ərazidə, balıq yetişdirilməsi üçün yaradılmış süni göldə baş verib.

Gölün gözətçisi, Balakənin Mahmalar kənd sakini 46 yaşlı Qaracayev Aslan Şahavuddin oğlu ehtiyatsızlıqdan gölə düşərək boğulub.

Qaracayevin meyiti sudan çıxarılaraq ailəsinə təhvil verilib. Faktla bağlı Balakən Rayon Prokurorluğunda araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti