...

Ceyrançöldə 14 min 578 partlamamış hərbi sursat tapılaraq zərərsizləşdirilib

Hadisə Materials 4 İyul 2014 14:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 iyul / Trend, müxbir İlkin İzzət /

Ceyrançöl Təmizləmə Layihəsinin birinci mərhələsi çərçivəsində 14 min 578 partlamamış hərbi sursat (PHS) tapılaraq zərərsizləşdirilib.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ANAMA və NATO/NSPA-nın Azərbaycanda mina və PHS-lərin təmizlənməsi birgə layihəsi olan Ceyrançöl Təmizləmə Layihəsinin birinci mərhələsi çərçivəsində 28 ay ərzində 19 kv.km ərazi tam təmizlənib və 14 min 578 PHS tapılaraq zərərsizləşdirilib.

Layihənin ikinci mərhələsinə 2014-cü ilin iyul ayından start verilməsi və 24 ay müddətində 23.584.545 kv.m əhatə edən sahənin təmizlənməsi nəzərdə tutulur.

Qeyd edək ki, Azərbaycan-Gürcüstan sərhədi boyunca ölkənin şimal-qərb hissəsində yerləşən Ceyrançöl ərazisi 1955-1991-ci illər ərzində keçmiş Sovet hərbi ordusunun sınaq və təlim ərazisi kimi intensiv surətdə istifadə edilmişdir. Ərazidə olan mina və partlamamış hərbi sursatlar yerli əhali üçün ciddi və daim artan təhlükə yaradır.

ANAMA-NATO/NSPA Sülh Naminə Tərəfdaşlıq Etimad Fondunun "Ceyrançöl təmizləmə layihəsi"nin birinci mərhələsi olan 19 kv.km ərazinin təmizlənməsi NATO tərəfindən 4 Oktyabr 2011-ci il tarixdə rəsmən təsdiq olunub. Layihə üzrə aparıcı ölkə rolunu ABŞ öz üzərinə götürüb. Azərbaycan Höküməti bu layihənin ölkə üçün əhəmiyyətini nəzərə alaraq, layihənin ümumi dəyərinin 50% miqdarında maliyyə vəsaiti ayırıb.

Ceyrançöl Təmizləmə Layihəsinin ikinci mərhələsinə iyulun 8-də başlanacaq. Bu məqsədlə Bakıda xüsusi mərasim təşkil ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti