...

İranda zəlzələ baş verib

Hadisə Materials 5 İyul 2014 09:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 iyul /Trend, müxbir Təmkin Cəfərov/

İranın Fars əyalətinin Darab şəhərində Rixter cədvəli üzrə 4,9 bal gücündə zəlzələ baş verib. Bu barədə Trend İran televiziyasının rəsmi saytı iribnews-a istinadən məlumat verir.

Tehran Universiteti Geofizika İnstitutunun Seysmik Mərkəzinin məlumatına görə, zəlzələ yerli vaxtla bu gün saat 07:41-da baş verib.

Hələlik ölən və yaralananlar və dəymiş ziyan barədə məlumat yoxdur.

Qeyd edək ki, iyunun 21-də də İranın Fars əyalətinin Baba Monir şəhərində Rixter cədvəli üzrə 5,1 bal gücündə zəlzələ baş vermişdi. Zəlzə nəticəsində şəhərdə evlərə ziyan dəymiş və bəzi evlər dağılmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti