...

Goranboyda qəbir daşını dağıdan şəxs saxlanılıb

Hadisə Materials 9 İyul 2014 15:16 (UTC +04:00)
İyulun 5-də Goranboy rayonunun Səfikürd kənd sakini Azər Ələkbərov RPŞ-yə ərizə ilə müraciət edərək iyulun 5-nə keçən gecə kəndin ərazisində yerləşən qəbristanlıqda mərhum nənəsi Nuriyyə Ələkbərovanın baş daşının naməlum şəxs tərəfindən qırılmasını bildirib.
Goranboyda qəbir daşını dağıdan şəxs saxlanılıb

Azərbaycan, Bakı, 9 iyul /Trend, müxbir İlkin İzzət/

İyulun 5-də Goranboy rayonunun Səfikürd kənd sakini Azər Ələkbərov RPŞ-yə ərizə ilə müraciət edərək iyulun 5-nə keçən gecə kəndin ərazisində yerləşən qəbristanlıqda mərhum nənəsi Nuriyyə Ələkbərovanın baş daşının naməlum şəxs tərəfindən qırılmasını bildirib.

Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Goranboy RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş kənd sakini Ramin Həmidov saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti