...

Ermənistan sakinləri rusiyalı deputatın köməkçisinə silahlı hücumda şübhəli bilinirlər

Hadisə Materials 11 İyul 2014 16:03 (UTC +04:00)
Rusiya Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsinin əməkdaşları "Vaşaq" Xüsusi Çevik Alayının döyüşçülərinin dəstəyi ilə mütəşəkkil etnik qrupun fəaliyyətinin qarşısını alıblar.
Ermənistan sakinləri rusiyalı deputatın köməkçisinə silahlı hücumda şübhəli bilinirlər

Azərbaycan, Bakı, 11 iyul /Trend/

Rusiya Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsinin əməkdaşları "Vaşaq" Xüsusi Çevik Alayının döyüşçülərinin dəstəyi ilə mütəşəkkil etnik qrupun fəaliyyətinin qarşısını alıblar. Qrupun iştirakçıları Dövlət Duması deputatının köməkçisinə silahlı hücum etməkdə şübhəli bilinirlər. Trend-in məlumatına görə, bu barədə "Novosti-Armeniya" İdarənin rəsmi saytına istinadən xəbər yayıb.

Məlumatda deyilir ki, cinayətkarlar Moskva regionunun ərazisində fəaliyyət göstəriblər: "Ötən ilin sentyabrında şübhəlilər Moskvanın Cənub dairəsində RF Dövlət Duması deputatının köməkçisinə silahlı hücum edərək onun avtomobilini əlindən alıblar".

Faktla bağlı "soyğunçuluq" maddəsi üzrə cinayət işi açılıb.

Məlumatda qeyd olunur ki, Moskvada əməliyyat-axtarış tədbirləri zamanı üç şübhəli şəxs saxlanılıb: "Onlar əvvəllər mühakimə olunmuş Şimali Osetiyanın 43 yaşlı sakini, həmçinin Ermənistanın 39 və 43 yaşlı sakinləridir. Saxlanılanların yaşadıqları yerdə aparılan axtarış zamanı "Makarov" tipli tapança aşkar edilərək götürülüb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti