...

Ukraynada qəzaya uğramış Boeing-in bütün sərnişinlərinin vətəndaşlığı müəyyən edilib

Hadisə Materials 19 İyul 2014 11:25 (UTC +04:00)
Cümə axşamı Ukraynada qəzaya uğramış Malayziya təyyarəsinin bütün sərnişinlərinin vətəndaşlığı müəyyən edilib.
Ukraynada qəzaya uğramış Boeing-in bütün sərnişinlərinin vətəndaşlığı müəyyən edilib

Azərbaycan, Bakı, 19 iyul /Trend/

Cümə axşamı Ukraynada qəzaya uğramış Malayziya təyyarəsinin bütün sərnişinlərinin vətəndaşlığı müəyyən edilib. Trend-in məlumatına görə, bu barədə RİA Novosti "Malaysia Airlines" aviaşirkətinin rəsmi saytına istinadən xəbər yayıb.

Son məlumatlara görə, Boeing-in göyərtəsində 192 Niderlan (onlardan birinin ABŞ vətəndaşlığı da olub), 44 Malayziya (ekipajın 15 üzvü və iki uşaq daxil olmaqla), 27 Avstraliya, 12 İndoneziya (biri uşaq olmaqla), 10 Böyük Britaniya (onlardan birinin CAR vətəndaşlığı da olub), 4 Belçika, 4 Almaniya, 3 Filippin, 1 Kanada və 1 Yeni Zelandiya vətəndaşı olub.

Ümumilikdə təyyarə qəzasında 298 nəfər həlak olub.

Məhv olmuş "Boeing 777" Amsterdamdan Kuala-Lumpura uçurdu. Sərnişinlərin arasında 85 uşaq olub.

Kiyev hakimiyyəti qəzada separatçıları günahlandırır. Onlar isə həmin yüksəklidə uçan təyyarəni vurmaq üçün vasitələrə malik olmadıqlarını iddia edirlər. Qəzanın araşdırılmasına müxtəlif beynəlxalq müşahidəçilər, o cümlədən Dövlətlərarası Aviasiya Komitəsinin (DAK) və İnterpolun əməkdaşları qoşulmaq niyyətindədirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti