...

Daşkəsəndə ov zamanı əylənmək istədilər, nəticədə...

Hadisə Materials 25 Avqust 2014 15:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 avqust /Trend/

Avqustun 23-də Daşkəsən rayonunun Astaf kəndinin sakinləri, əvvəllər məhkum olunmuş Xəqani Abdullayev, Sahib Cabbarov, İlham Hüseynov və onun qardaşı İman kəndin ərazisində yerləşən "Göy Yurd" adlandırılan ərazidə ov edərkən tüfəngdən açılmış atəşdən X.Abdullayev ölüb.

Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Daşkəsən RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində S.Cabbarov, İ.Hüseynov və İman saxlanılıblar.

Hadisə yerindən müvafiq sənədləri olmayan "İJ" markalı ov tüfəngi götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci maddəsi ilə cinayət işi başlanılıb. Əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti