...

Ağsuda işlədikləri şirkətdən 200 metrdən çox dəmir borular oğurlamış şəxslər həbs ediliblər

Hadisə Materials 28 Avqust 2014 13:02 (UTC +04:00)
Ağsu rayonunda işlədikləri yerdən 200 metrdən çox dəmir borular oğurlamış tikinti şirkətinin işçiləri həbs ediliblər.
Ağsuda işlədikləri şirkətdən 200 metrdən çox dəmir borular oğurlamış şəxslər həbs ediliblər

Azərbaycan, Bakı, 28 avqust /Trend, müxbir İlkin İzzət/

Ağsu rayonunda işlədikləri yerdən 200 metrdən çox dəmir borular oğurlamış tikinti şirkətinin işçiləri həbs ediliblər.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ağsu Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 27-nə keçən gecə Hacısəmədli kəndinin ərazisindəki tikinti şirkətinə məxsus hər birinin uzunluğu 12 metr olan 17 ədəd dəmir boruları oğurlamış həmin şirkətdə işləyən Kürdəmir rayon sakini Dəyanət Soltanov və Qaraqoyunlu kənd sakini Əlvan Qurbanov saxlanılıblar.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti