Azərbaycan, Bakı, 7 sentyabr /Trend/
Bakı şəhəri, Səbail rayonunda "Kamaz" markalı beton daşıyan avtomobil dönmə əməliyyatını yerinə yetirərkən aşıb.
Trend-in FHN-ın saytına istinadən verdiyi məlumata görə, nəticədə avtomobil ağır deformasiyaya uğramış və sürücü sıxılmış vəziyyətdə qalıb.
Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə sürücünü avtomobildən çıxarmış və aidiyyəti üzrə təhvil verib, habelə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər.