...

Bakıda AMAY ticarət mərkəzindəki yanğın söndürülüb, xəsarət alan var (ƏLAVƏ OLUNUB-3) (FOTO)

Hadisə Materials 13 Sentyabr 2014 11:22 (UTC +04:00)
Bakıda AMAY ticarət mərkəzində yanğın başlayıb.
Bakıda AMAY ticarət mərkəzindəki yanğın söndürülüb, xəsarət alan var (ƏLAVƏ OLUNUB-3) (FOTO)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 10:55-də yayılıb)

Azərbaycan, Bakı, 13 sentyabr /Trend, müxbir İlkin İzzət/

Bakıda AMAY ticarət mərkəzində yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətindən Trend-ə bildiriblər ki, Bakının Nobel prospektində (keçmiş Fəhlə prospekti) yerləşən AMAY ticarət mərkəzində yanğın baş verib.

Yanğın ticarət mərkəzinin 4-cü mərtəbəsindən başlayıb.

Hazırda FHN-in yanğınsöndürmə briqadaları yanğını söndürməyə çalışırlar.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından (BŞTTTYS) Trend-ə bildiriblər ki, AMAY ticarət mərkəzində yanğın baş verməsi ilə bağlı çağırış olub: "Hazırda bir təcili yardım briqadası hadisə yerindədir. Hələlik yanğın hadisəsi zamanı xəsarətlə bağlı müraciət edən olmayıb".

XXX

Trend-in hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, yanğın artıq söndürülüb. İlkin ehtimala görə, yanğına səbəb ticarət mərkəzində bağban işləyən şəxsin otağındakı elektrik naqillərində yaranan qısaqapanma olub.

XXX

BŞTTTYS-dən Trend-ə deyiblər ki, yanğın zamanı bir nəfərə zəhərlənmə diaqnozu ilə tibbi yardım göstərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti