...

İranda zəlzələ baş verib

Hadisə Materials 14 Sentyabr 2014 09:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 sentyabr /Trend, müxbir Təmkin Cəfərov/

Bu gün İranın Yəzd əyalətinin Behabad şəhərində 4,3 bal gücündə zəlzələ baş verib. Bu barədə Trend IRNA agentliyinə istinadən məlumat verir.

Tehran Universitetinin Geofizika İnstitutu yanında Seysmoloji Mərkəzinin hesabatına əsasən, təkanlar yerli vaxtla saat 00:12-də qeydə alınıb.

Zəlzələnin episentri 8 kilometr dərinlikdə olub. İnsan tələfatı və dağıntılar barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti