Azərbaycan, Bakı, 15 sentyabr /Trend, müxbir İlkin İzzət/
Nərimanov rayonunda "Opel" və "Kia" markalı avtomobillərin toqquşması 28 yaşlı sürücünün ölümü ilə nəticələnib.
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sentyabrın 14-də Nərimanov rayonu, Ə.Əliyev küçəsində 1986-cı il təvəllüdlü Rasif Süleymanovun idarə etdiyi "Opel" və 1981-ci il təvəllüdlü Şahin Məmmədovun idarə etdiyi "Kia" markalı avtomobillər toqquşub.
Nəticədə "Opel"in sürücüsü R.Süleymanov hadisə yerində ölüb.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.