...

Bakıda 31 yaşlı gənc 55 yaşlı tanışını qətlə yetirib

Hadisə Materials 24 Sentyabr 2014 10:09 (UTC +04:00)
Bakının Binəqədi rayonunda qətl hadisəsi baş verib.
Bakıda 31 yaşlı gənc 55 yaşlı tanışını qətlə yetirib

Azərbaycan, Bakı, 24 sentyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Bakının Binəqədi rayonunda qətl hadisəsi baş verib.

Binəqədi rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, sentyabrın 17-də 1983-cü il təvəllüdlü Rəhimov Vüsal Nəriman oğlu tanışı 1959-cu il təvəllüdlü Xalfayev Rahib Talıb oğlunu bıcaqla öldürüb.

V.Rəhimov R.Xafayevi maşında öldürdükdən sonra onu Sabunçu rayonunun Pirşağı qəsəbəsinin Bağlar massivində basdırıb.

Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi qaldırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti