...

Gəncədə motosiklet su quyusuna düşüb, sürücü ölüb

Hadisə Materials 13 Oktyabr 2014 10:42 (UTC +04:00)
Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, FHN-nin “112” qaynar telefon xəttinə Gəncə şəhəri, Kəpəz rayonunda motosikletlə hərəkətdə olan 1 nəfərin su quyusuna düşməsi barədə məlumat daxil olub.
Gəncədə motosiklet su quyusuna düşüb, sürücü ölüb

Azərbaycan, Bakı, 13 oktyabr /Trend, müxbir İlkin İzzət/

Gəncədə motosiklet su quyusuna düşüb, sürücü ölüb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, FHN-nin "112" qaynar telefon xəttinə Gəncə şəhəri, Kəpəz rayonunda motosikletlə hərəkətdə olan 1 nəfərin su quyusuna düşməsi barədə məlumat daxil olub.

Dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1978-ci il təvəllüdlü Əfqan Əli oğlu Qurbanov hərəkətdə olarkən, idarəetməni itirib və motosikletlə birlikdə su quyusuna düşüb.

Quyuya baxış keçirilərkən məlum olub ki, vətəndaş qəza zamanı aldığı müxtəlif bədən xəsarətlərindən hadisə yerində vəfat edib. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə cəsədi çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 02:35-də başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti