...

Bakıda pul xırdalamaqla oğurluq edən şəxs tutulub

Hadisə Materials 14 Oktyabr 2014 11:33 (UTC +04:00)
Bakıda pul xırdalamaqla oğurluq edən şəxs tutulub.
Bakıda pul xırdalamaqla oğurluq edən şəxs tutulub

Azərbaycan, Bakı, 14 oktyabr /Trend, müxbir İlkin İzzət/

Bakıda pul xırdalamaqla oğurluq edən şəxs tutulub.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, oktyabrın 11-də Mustafa Sübhü küçəsində yerləşən mağazada naməlum şəxs orada satıcı işləyən Bakı şəhər sakini Sevinc Qəriblidən xırdalamaq adı ilə fikri yayındırmaqla 100 manat oğurlayıb.

Yasamal Rayon Polis İdarəsi 27-ci Polis Bölməsi əmədaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, cinayətdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 1982-ci il təvəllüdlü Mehdi Soltanov yaxalanıb və ondan 0,417 qram heroin götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti