...

Rusiyada axtarışda olan 5 azərbaycanlı tutulub

Hadisə Materials 17 Oktyabr 2014 16:06 (UTC +04:00)
Rusiyada axtarışda olan 5 nəfər azərbaycanlı tutulub.
Rusiyada axtarışda olan 5 azərbaycanlı tutulub

Azərbaycan, Bakı, 17 oktyabr /Trend, müxbir İlkin İzzət/

Rusiyada axtarışda olan 5 nəfər azərbaycanlı tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Baş Cinayət-Axtarış İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 111-ci maddəsi (qəsdən bədən xəsarəti yetirmə) ilə axtarışda olanlar - Anar Davidov və Tehran Osmanov, 127-ci maddəsi (qanunsuz azadlıqdan məhrum etmə) ilə axtarışda olan Tehran Əhmədov və 228-ci maddəsi (narkotik) ilə axtarışda olanlar - Mehman Axundov saxlanılıb, Məhəmməd Qəniyev tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti