Azərbaycan, Bakı, 21 oktyabr /Trend, müxbir İlkin İzzət/
Bakıda soyğunçuluq etmiş 17 yaşlı yeniyetmənin digər cinayət əməllərinin üstü açılıb.
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsi 19-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, oğurluqda və soyğunçuluqda şübhəli bilinən Bakı şəhər sakini, 1997-ci il təvəllüdlü Anar Qabilov yaxalanıb.
Müəyyən edilib ki, o, sentyabrın 14-də Cavadxan küçəsində Sevda Hacıyevanın boynundan qızıl boyunbağını qıraraq qaçıb, oktyabrın 12-ə keçən gecə Moskva prospektində yaşayan İmran Məmmədova məxsus "Toyota" markalı avtomobildən, şüşəni sındırmaqla 300 manat və iki ədəd gödəkçə, Cavadxan küçəsində yaşayan Bəxtiyar Manafova məxsus "Toyota" markalı avtomobildən, şüşəni sındırmaqla video müşahidə kamerası oğurlayıb. Oktyabrın 12-nə keçən gecə isə Moskva prospektində yaşayan Şahin Zurnayevə məxsus "Kia" markalı avtomobilin yan şüşəsi sındırıb.