...

Macarıstanın Türkiyədəki konsulluğu boşaldılıb

Hadisə Materials 27 Oktyabr 2014 12:30 (UTC +04:00)
Macarıstanın İstanbuldakı konsulluğunun əməkdaşları təxliyə ediliblər. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Sabah" qəzeti xəbər verib.
Macarıstanın Türkiyədəki konsulluğu boşaldılıb

Azərbaycan, Bakı, 27 oktyabr /Trend/

Macarıstanın İstanbuldakı konsulluğunun əməkdaşları təxliyə ediliblər. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Sabah" qəzeti xəbər verib.

Məlumata əsasən, bu gün bir neçə saat əvvəl konsulluğa içində naməlum sarı toz olan zərf gətirilib. Naməlum zərfin alınmasından sonra hadisə yerinə polis gəlib. Faktla bağlı araşdırma aparılır.

Məlumat üçün bildirək ki, keçən həftə İstanbuldakı Kanada, Belçika, Almaniya və ABŞ səfirliklərinə də içində naməlum toz olan zərf göndərilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti