...

DİN avtomobillə yol polisinin vurulması ilə bağlı rəsmi məlumat yayıb

Hadisə Materials 14 Noyabr 2014 13:06 (UTC +04:00)
Bakıda yol polisini avtomobillə vurub qaçan şəxs tutulub.
DİN avtomobillə yol polisinin vurulması ilə bağlı rəsmi məlumat yayıb

Azərbaycan, Bakı, 14 noyabr /Trend, müxbir İlkin İzzət/

Bakıda yol polisini avtomobillə vurub qaçan şəxs tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, noyabrın 14-də saat 01 radələrində Nərimanov rayonunun Yusif Vəzir Çəmənzəminli küçəsində Qusar rayon sakini Elman Beybutov idarə etdiyi "VAZ-2107" markalı avtomobillə həmin ərazidə xidmət aparan Bakı Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis kiçik serjantı Yaşar Qocalını vurub. Yaralı xəstəxanaya yerləşdirilib.

Sürücü saxlanılıb, onun sərxoş halda olması müəyyən edilib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti