...

Bakıda məhkum qızı ilə görüşə gəlmiş ananın üzərində telefon tapılıb

Hadisə Materials 20 Noyabr 2014 12:09 (UTC +04:00)
Bakıda məhkum qızı ilə qısamüddətli görüşə gəlmiş ananın üzərində telefon tapılıb.
Bakıda məhkum qızı ilə görüşə gəlmiş ananın üzərində telefon tapılıb

Azərbaycan, Bakı, 20 noyabr /Trend, müxbir İlkin İzzət/

Bakıda məhkum qızı ilə qısamüddətli görüşə gəlmiş ananın üzərində telefon tapılıb.

Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 4 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Gülşən Rauf qızı Zamanovanın yanına qısamüddətli görüşə gəlmiş anası, Bakı şəhəri sakini Xurşud Böyük qızı Zamanovanın görüş otağında üzərinə və əşyalarına baxış keçirilib. Baxış zamanı qara rəngli əl çantasının içərisindən 1 ədəd "Nokia" markalı və daxilində 1 ədəd "Sim" danışıq kartı aşkar edilərək götürülüb.

Qeyd edək ki, Gülşən Zamanova Cinayət Məcəlləsinin 178.3.2 (Dələduzluq; külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsinə əsasən 10 il müddətinə azadlıqdan məhrum edilib.

Fakt üzrə araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti