Azərbaycan, Bakı, 27 noyabr /Trend, müxbir İlkin İzzət/
Ağcabədidə bir ailənin üzvlərinin qidadan zəhərlənməsi faktı qeydə alınıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, noyabrın 27-də Ağcabədi rayonunun İmamqulubəyli kənd sakinləri Leyla Zeynalova, oğlu Babək, qızı Aytən və qohumu Malik Zeynalov qidadan zəhərlənmə ilə xəstəxanaya gətiriliblər. Onların pomidor turşusundan zəhərləndiyi ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır.