Azərbaycan, Bakı, 29 noyabr /Trend, müxbir İlkin İzzət/
Qobustanda piyada həmyerlisinin avtomobilinin vurması nəticəsində ölüb.
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, noyabrın 28-də saat 21:05 radələrində, Bakı-Qazax yolunun Qobustan qəsəbəsi ərazisindən keçən hissəsində qəsəbə sakini, 1984-cü il təvəllüdlü Famil İmanquliyev idarə etdiyi "Toyota" markalı avtomobillə yolu keçən həmyerlisi, piyada, 1974-cü il təvəllüdlü Asər Əsədovu vurub.
Hadisə nəticəsində A. Əsədov hadisə yerində ölüb.