...

Azərbaycanda iranlı narkotik qaçaqmalçısı tutulub

Hadisə Materials 9 Dekabr 2014 11:58 (UTC +04:00)
İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə 4 kiloqramdan artıq narkotik vasitənin keçirilməsinin qarşısı alınıb.
Azərbaycanda iranlı narkotik qaçaqmalçısı tutulub

Azərbaycan, Bakı, 9 dekabr /Trend, müxbir İlkin İzzət/

İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə 4 kiloqramdan artıq narkotik vasitənin keçirilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən (DGK) Trend-ə verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə İran İslam Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gətirilməsi, saxlanılması və daşınması barədə əməliyyat məlumatı daxil olub.

Keçirilmiş əməliyyat tədbirləri nəticəsində "Qoşa Təpə" Gömrük Postu-Biləsuvar avtomobil yolunun təqribən 3 km-də İran İslam Respublikası vətəndaşı Yazdanı Janyarlou Hamıd Samad həmin ərazidə avtomobildən düşərək əvvəlcədən gizlətdiyi içərisində narkotik maddələr olan 1 ədəd selofan torbanı götürüb və uzaqlaşmaq istəyərkən gömrük əməkdaşları tərəfindən yaxalanıb. Sonra İİR vətəndaşı Yazdanı Janyarlou Hamıd Samadın götürdüyü sellofan torbaya baxış keçirilib və üzəri yapışqanlı lentlə sarınmış üç ədəd bağlamadan ümumi çəkisi 4 kiloqram 370 qram narkotik vasitə-qurudulmuş marixuana aşkar edilib.

Faktla bağlı DGK-nin İstintaq İdarəsində təhqiqat aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti