...

Bakıda qonşusunu qətlə yetirməkdə şübhəli bilinən şəxs tutuldu

Hadisə Materials 20 Dekabr 2014 12:09 (UTC +04:00)
Bakıda qonşusunu qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub.
Bakıda qonşusunu qətlə yetirməkdə şübhəli bilinən şəxs tutuldu

Azərbaycan, Bakı, 20 dekabr /Trend, müxbir İlhamə İsabalayeva/

Bakıda qonşusunu qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub.

Bakı Şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 19-da saat 21:40 radələrində, Binəqədi qəsəbəsi 1-ci Mədən küçəsində yaşayan 1981-ci il təvəllüdlü Nurlan Ağayevi bıçaqla qətlə yetirməkdə şübhəli bilinən qonşusu 1959-cu il təvəllüdlü Çərkəz Yusifov tutulub.

Səbail Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə dekabrın 18-də günorta saatlarında Xaqani küçəsində Bakı şəhər sakinləri - Fuad Cahangirli və Fərid Cəmillilyə bıçaqla ağır bədən xəsarəti yetirməkdə şübhəli bilinən Füzuli rayon sakini, 1996-cı il təvəllüdlü Sübhan İbişov tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti