...

İstanbulda bir gündə ikinci terror aktının qarşısı alınıb

Hadisə Materials 10 Yanvar 2015 14:33 (UTC +04:00)
Türkiyə təhlükəsizlik qüvvələri İstanbulubn ticarət mərkəzlərinin birində ikinci terror aktının qarşısını alıblar.
İstanbulda bir gündə ikinci terror aktının qarşısı alınıb

Azərbaycan, Bakı, 10 yanvar /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyə təhlükəsizlik qüvvələri İstanbulun ticarət mərkəzlərinin birində ikinci terror aktının qarşısını alıblar.

Trend-in şənbə günü "Milliyyət" qəzetinə istinadən verdiyi məlumata əsasən, adı çəkilməyən ticarət mərkəzlərinin birində partlayıcı qurğu aşkar edilib.

Qəzet hadisənin təfərrüatları barədə məlumat verməyib.

Qeyd edək ki, bu gün Türkiyə təhlükəsizlik qüvvələri İstanbulun ticarət mərkəzlərinin birində terror aktının qarşısını almışdılar.

Dünən Türkiyə təhlükəsizlik qüvvələri terrorçu Kürd Fəhlə Partiyası (PKK) təşkilatı silahlılarının İstanbulun ticarət mərkəzlərinin birində terror aktı törətməyi planlaşdırdıqları barədə məlumat əldə ediblər.

Xüsusi əməliyyat çərçivəsində iki PKK silahlısı saxlanılıb. Onlardan partlayıcı qurğular aşkar edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti