Azərbaycan, Bakı, 12 yanvar /Trend, müxbir İlkin İzzət/
Lənkəran rayonunun Nərimanabad qəsəbəsində bədbəxt hadisə qeydə alınıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yanvarın 11-də Lənkəran rayonunun Nərimanabad qəsəbəsində yaşayan Həmdulla Rəhimov evinin həyətində yerləşən su quyusuna düşərək boğulub.
Faktla bağlı araşdırma aparılır.