...

Qəbələ polisi sənədsiz "TOZ"-lar tapıb

Hadisə Materials 28 Yanvar 2015 14:43 (UTC +04:00)
Qəbələ rayon sakinlərindən müvafiq sənədləri olmayan ov tüfəngləri götürülüb.
Qəbələ polisi sənədsiz "TOZ"-lar tapıb

Azərbaycan, Bakı, 28 yanvar /Trend, müxbir İlkin İzzət/

Qəbələ rayon sakinlərindən müvafiq sənədləri olmayan ov tüfəngləri götürülüb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Qəbələ rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sultannuxa kənd sakinləri Sərvan Daşdıyevədən və Şamil Məliklidən müvafiq sənədləri olmayan 2 ədəd "TOZ-16" markalı ov tüfəngləri götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti